منيم آي غملي ديليم ! mənim ay qəmli dilim
درده بورونموش dərdə bürünmüş dilim
سنه چوخ دردلي سؤزوم وار sənə çox dərdli sözüm var
سنه ايللر بوْيو قان آغلاماغا بيل كي گؤزوم وار sənə illər boyu qan ağlamağa bil ki gözüm var
داخي دوستاقلي گؤنول ايچره كؤزوم وار dağı dostaqlı gönül içrə közüm var
سن آتامين ديليسن ، هم ده آنامين sən atamın dilisən, həmdə anamın
ائليمين ، ميللتيمين ، كيمليييمين elimin, millətimin, kimliğimsən
بايراغي سَنسَه ن bayrağı sənsən
تؤركلويون شانلي نيشاني Türklüğün şanlı nişanı
اُولاماز نازلي ديليم من سني آتام olamaz nazlı dilim mən səni atam
اؤزگه لر ديلينه ، ياد ائللرينه من سني ساتام özgələr dilinə, yad ellərə mən səni satam
سني آلداتماييرام səni aldatmayıram
سني ايچدن سئويره م səni içdən sevirəm
سن اگر سولغون اولاسان ، سولاسان sən agər solqun olarsan, solarsan
گؤزلريم گؤز ياشيني دالغالارام gözlərim göz yaşını dalğalaram
ظولمه قارشي آخارام zülmə qarşı axaram
كؤزه ره ن گؤكسوم اوديله ياخارام közərən göksüm od ilə yaxaram
ظولمه سوْن نوقطه سيني قويمالييام zülmə son nuqtəsini qoymalıyam
سنه من آند ايچَه ره م sənə mən and içərəm
آخي تورك'ون توْرونو axı Türkün törünü
آنا "تومروس" قيزييام ana Tümrüs qızıyam
آي منيم غملي ديليم ! ay mənim qəmli dilim
درده بورونموش dərdə bürünmüş
سنه من آند ايچه ره م sənə mən and içərəm
سنه من آند ايچه ره م sənə mən and içərəm